Kuba gələcəkdə humanitar böhran və hökumətin çökməsi riski ilə üzləşə bilər.
Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" diplomatik mənbələrə istinadən məlumat yayıb.
Mənbə ABŞ prezidenti Donald Trampın ölkəni maliyyələşdirmə və yanacaq kimi həyati vacib şeylərdən məhrum etmək planları ilə bağlı belə bir proqnoz verib.
Qeyd olunur ki, Kuba dərin enerji böhranı ilə üzləşir və bu böhran limanların bağlanmasına və ərzaq qıtlığına səbəb olacaq.
İddia olunur ki, ölkə artıq fəlakətin astanasındadır və bu, Kuba hökumətinin süqutuna səbəb ola bilər.