Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.
Misirdən gələn "CASA C295" hərbi nəqliyyat təyyarəsi Azərbaycana uçmaq üçün Ermənistan hava məkanından istifadə edib.
Bizimyol.info xəbər verir ki, bu barədə mətbuata Ermənistan Xarici İşlər Nazirliyi məlumat verib.
Silah daşıyanlar da daxil olmaqla, hərbi təyyarələr adətən Türkiyə və Gürcüstan vasitəsilə Azərbaycana uçur. Ölkənin hava məkanından uçan qeyri-mülki təyyarələr (rəsmi, o cümlədən hərbi) Ermənistan Xarici İşlər Nazirliyindən ayrıca icazə tələb edir.
Qahirə-Bakı reysi 2025-ci ilin dekabr ayının əvvəlində baş tutub. Elə həmin gün təyyarə yenidən Ermənistan vasitəsilə Misirə qayıdıb.
Nazirlik mətbuatın sorğusuna: "Sizə bildiririk ki, Qahirədən Bakıya Ermənistan hava məkanı vasitəsilə uçan təyyarə sərnişin təyyarəsi olub. O, yüksək vəzifəli şəxsi Azərbaycana aparırdı", - deyə açıqlaması ilə cavab verib.
Qeyd etmək lazımdır ki, bu, Misirdən ilk belə uçuş deyil. Ermənistan mətbuatı yazır ki, Misir Hərbi Hava Qüvvələrinin başqa bir təyyarəsi Ermənistandan keçərək Qırğızıstana gedərkən Azərbaycana eniş edib.
Qadir, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.