AZ

İran təhdidsiz nüvə danışıqlarını bərpa etməyə hazırdır

ain.az bildirir, Reyting.az saytına əsaslanaraq.

“Biz nüvə danışıqları masasına oturmağa hazırıq, bir şərtlə ki, bizə hədə-qorxu gəlməsinlər və ya heç bir şəkildə diktə olunmasın”.

Reyting.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalına müsahibəsində İranın Xarici işlər naziri Əraqçi deyib.

Qeyd edək ki, ABŞ və İran arasında Omanın vasitəçiliyi ilə aparılan dialoq iyun ayında İsrailin, daha sonra isə Amerikanın İrana zərbələrindən sonra pozulmuşdu.

Bu arada “Reuters” məlumat yayıb ki, ABŞ prezidenti Donald Tramp Tehranın Ağ evi nüvə danışıqlarını bərpa etməyə çağırdığını və Vaşinqtonun İran nümayəndələri ilə görüşə biləcəyini istisna etməyib.

E. KAMAL

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
reyting.az

1Mənbələr