AZ

Moldova Prezidenti ölkəsinin Rumıniyaya birləşməsininƏLEYHİNƏ DEYİL

Regionumuzdakı geosiyasi vəziyyət Moldova kimi dövlətlər üçün ciddi çətinliklər yaradır və Avropa Birliyinə qoşulmaq suverenliyimizi qorumağa kömək edəcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu sözləri Moldova Prezidenti Maya Sandu deyib.

 

“Başqa bir həll yolu Rumıniya ilə yenidən birləşmək ola bilər, amma hazırda bu ideya kifayət qədər dəstək almır”, - deyə Moldova Prezidenti əlavə edib.

 

O, açıq şəkildə bildirib ki, bu məsələ ilə bağlı mümkün referendumda Moldovanın Rumıniya ilə birləşməsinə səs verəcək: “Əgər referendum keçirsəydik, Rumıniya ilə birləşməyə səs verərdim. Bu gün Moldova ətrafında və dünyada baş verənlərə baxın. Moldova kimi bir ölkənin yaşaması, demokratik dövlət, suveren dövlət kimi mövcud olması getdikcə çətinləşir. Lakin Moldova Respublikasının Prezidenti kimi başa düşürəm ki, Rumıniya ilə yenidən birləşməyi dəstəkləyən əksəriyyət yoxdur, əksinə, AB-yə qoşulmağı dəstəkləyən əksəriyyət var və biz bu məqsəd üçün çalışırıq. Bu, daha real bir məqsəddir və suverenliyimizi qorumağımıza kömək edir”.

 

O qeyd edib ki, birləşmə fürsəti 1990-cı illərin əvvəllərində əldən verilib.

 

Seçilən
11
senzor.az

1Mənbələr