AZ

Medvedevdən Trampı ƏLƏ SALDI – “Qrenlandiya Rusiyaya çevrilə bilər”

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Qrenlandiya ilə bağlı istehzalı açıqlama verib.

NOCOMMENT.az xəbər verir ki, Medvedev bildirib ki, ümumiyyətlə götürdükdə, Qrenlandiyanın ABŞ tərəfindən ələ keçirilməsi dünya iqliminin ‘sağlamlaşdırılması’ baxımından faydalı olardı.

Bununla yanaşı, o, ABŞ prezidenti Donald Trampı tələsməyə çağırıb. Medvedevin sözlərinə görə, “təsdiqlənməmiş məlumatlara əsasən”, yaxın günlərdə Qrenlandiyada gözlənilməz referendum keçirilə bilər və 55 min nəfərlik ada əhalisi Rusiyaya birləşmənin lehinə səs verə bilər.

“Belə olan halda hər şey bitər. Bayraqda yeni ulduzlar olmayacaq. Rusiyanın isə artıq 90-cı subyekti yaranacaq”, – deyə Medvedev qeyd edib.

Qeyd edək ki, bu açıqlama satirik və istehzalı xarakter daşıyır və rəsmi siyasi plan kimi təqdim edilmir.

Sara

Seçilən
62
nocomment.az

1Mənbələr