Beynəlxalq alimlər qrupu Tacikistan dağlarında unikal bir təbii fenomen - Kon-Çuxurbaşı buzlağını kəşf edib.
Ekologiya.az yerli mediaya istinadla xəbər verir ki, planetdəki əksər buzlaqlar sürətlə əriyərkən, təxminən altı min metr hündürlükdə yerləşən bu buz örtüyü anomal sabitlik nümayiş etdirir və genişlənməyə davam edir.
Mütəxəssislər "Pamir anomaliyası”nın sirrini açmaq üçün mürəkkəb bir ekspedisiya keçiriblər və bu müddət ərzində yüz metrdən çox uzunluğu olan iki buz nüvəsi çıxarılıb. Bu nümunələrdə son 30.000 ildə Yer kürəsinin iqlimi haqqında əvəzsiz məlumatlar var. Biri artıq kimyəvi analiz üçün Yaponiyadakı Hokkaydo universitetinə göndərilib, ikincisi isə məlumatları gələcək nəsillər üçün qorumaq üçün Antarktidadakı xüsusi kriogen saxlama anbarına yerləşdirilib.
Tədqiqatçılar ümid edirlər ki, bu qədim buzun öyrənilməsi onlara Pamir dağlarının qlobal istiləşməyə planetin qalan hissəsindən fərqli reaksiya verməsinin səbəbini anlamağa kömək edəcək. Bu tapıntılar bütün Mərkəzi Asiyanın ekoloji gələcəyinə birbaşa təsir edən su ehtiyatlarının vəziyyətini proqnozlaşdırmaq üçün əsas olacaq.
Məlum olduğu kimi, buzlaqlar böyük çayların daimi su qaynağıdır.
Musavat.com