Boks üzrə mütləq dünya çempionu Aleksandr Usik hətta məşq zalından kənarda da formada qaldığını sübut edib.
Publika.az xəbər verir ki, o, bunu özünəməxsus yumorla edir. Ukraynalı boksçu sosial şəbəkədə video paylaşaraq kiçik qızı Mariya ilə oyun zamanı fiziki məşqləri birləşdirməyə qərar verib.
Usik qızı qucağında qaldıraraq müxtəlif məşqlər edir və zarafatla bildirir ki, Mariya artıq 16 kiloqramdır.
Video dərhal sosial şəbəkələrdə viral olub və izləyicilər arasında böyük müsbət reaksiyalar yaradıb.
arasında böyük müsbət reaksiyalar yaradıb.