AZ

Lox Ness əjdahası həqiqətən var? Şotlandiyalı təbiətşünas 52 illik axtarışdan sonra gerçəyi ortaya çıxardı

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

76 yaşlı təbiətşünas Edrian Şayn yarım əsrdən çox zamanını Şotlandiyadakı məşhur Lox-Ness gölünü araşdırmağa həsr edib və bu qənaətə gəlib ki, orada hər hansı qədim məxluq və ya "Lox-Ness əjdahası" yoxdur.

Oxu.Az xəbər verir ki, bu barədə "LADbible" nəşri məlumat yayıb.

Şayn Nessinin axtarışlarına 1973-cü ildə başlayıb. 1987-ci ildə o, bir milyon funt sterlinq dəyərində hidroakustik əməliyyata rəhbərlik edib. Lakin avadanlıq hər hansı sirli varlığın izini aşkar etməyib. Bundan sonra o, "müşahidələrinin" çoxunu Kaledoniya kanalından keçən qayıq və gəmilərin yaratdığı dalğalarla izah edib.

Şaynın sözlərinə görə, kilvater dalğaları suda qabarıq formalar yaradır ki, məhz onların da tez-tez "Nessi" olduğu düşünülür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
1
oxu.az

2Mənbələr