"Qiyamət Radio Stansiyası" ayın 12-də 3 mesaj yayımlayıb.
Publika.az xəbər verir ki, bu barədə "UVB-76 Logi" Telegram kanalı məlumat yayıb.
Məlumata görə, "Qiyamət Radio"su günün son mesajı olan "omarokadr" sözünü Bakı vaxtı ilə saat 22:48-də yayımlanıb.
Bundan öncə stansiya "nutoşato" və "kortodonq" sözlərini müvafiq olaraq saat 11:37-də və 19:23-də yayımlayıb.
Qeyd edək ki, "Qiyamət Radiosu" ötən il ümumilikdə 357 mesaj ötürüb.