ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
İranda hakimiyyət əleyhinə etirazlar artıq 17-ci gününə qədəm qoyub.
“Qafqazinfo” xəbər verir ki, 2025-ci ilin dekabrın sonlarında İran rialının kəskin dəyər itirməsi və dərinləşən iqtisadi problemlər fonunda başlayan aksiyalar qısa müddətdə ölkənin, demək olar ki, bütün bölgələrinə yayılıb.
Qeyri-rəsmi mənbələrə görə, indiyədək 500-dən çox insan həlak olub.
Bəs proses bu nöqtəyə necə gəlib çatdı və hazırda vəziyyət nə yerdədir?
İran rialının xarici valyutalar qarşısında sürətlə ucuzlaşması uzun illərdir sanksiyalar altında olan ölkədə iqtisadi böhranı daha da dərinləşdirdi. Bazarların durğunluğu və artan qeyri-müəyyənlik xüsusilə Tehran və digər iri şəhərlərdə kiçik sahibkarların etirazlarına səbəb oldu.
Bir sıra şəhərlərdəmağazalar bağlandı, qəsa zamanda küçə aksiyaları geni vüsət aldı. Minlərlə insanın iştirak etdiyi etirazlarda tədricən hakimiyyət əleyhinə şüarlar səslənməyə başladı.
İlk günlərdə təhlükəsizlik qüvvələri aksiyalara birbaşa müdaxilə etməsə də, etirazların artması ilə gözyaşardıcı qaz və rezin güllələrdən istifadə olunmağa başlandı. Nəticədə polis və nümayişçilər arasında toqquşmalar qeydə alındı.
.jpg)
İranın ali lideri Ayətullah Əli Xamenei etirazların başlamasından sonra ilk açıqlamasını 3 yanvarda verdi. O, iqtisadi tələblərin legitim olduğunu desə də, ölkədə “xaos yaratmaq istəyən qruplara” qarşı daha sərt tədbirlərin görüləcəyini bildirdi.
Valyuta böhranını “xarici düşmənlərin planı” adlandıran Xamenei bu qüvvələrin xalqın iqtisadi narazılığından faydalanmağa çalışdığını dedi.
“Etiraz edənlə danışarıq, amma iğtişaş yaradanla danışmağın mənası yoxdur”, - o qeyd etdi.
Xamenei daha sonra ABŞ Prezidenti Donald Trampı etirazları qızışdırmaqda ittiham etdi və xaricdən dəstək alan qruplara güzəşt edilməyəcəyini vurğuladı.
.jpg)
İran Prezidenti Məsud Pezeşkian isə daha yumşaq mövqe nümayiş etdirdi. O, ölkədəki iqtisadi vəziyyətə görə məsuliyyəti xarici güclərin deyil, hökumətin daşıdığını bildirdi. Pezeşkian etirazçıların nümayəndələri ilə dialoqa başlanılması barədə daxili işlər nazirinə göstəriş verdiyini açıqladı.
.jpg)
ABŞ Prezidenti Donald Tramp yanvarın 2-də sosial şəbəkə hesabında paylaşım edərək, İran hakimiyyətini etirazçılara qarşı zorakılıqdan çəkinməyə çağırdı. O, dinc nümayişçilərin öldürüləcəyi təqdirdə ABŞ-nin müdaxilə edəcəyini bildirdi.
Sonrakı açıqlamalarında Tramp İranla əlaqə qurulduğunu və mümkün görüşün gündəmdə olduğunu, lakin ölkədəki hadisələrin bu prosesi dəyişə biləcəyini dedi. O, İlon Maskla danışaraq, “Starlink” vasitəsilə İranda internetin bərpasını müzakirə edə biləcəklərini açıqladı.
.jpg)
İsrailin Baş naziri Benyamin Netanyahu isə İsrailin İran xalqının “azadlıq mübarizəsini” dəstəklədiyini bildirdi və zorakılığı pislədi.
İran İnsan Hüquqları Fəalları Xəbər Agentliyinin (HRANA) məlumatına görə, 11 yanvar tarixinədək 544 nəfər həlak olub, onlardan 8-i uşaqdır. 10 mindən çox insan saxlanılıb.
Rəsmi mənbələr təhlükəsizlik qüvvələri arasında da ölənlərin olduğunu bildirir. Etirazların genişlənməsi ilə ölkədə internet və rabitə ciddi şəkildə məhdudlaşdırıldı.
Tehran meri Əli Rza Zəkani etirazlar zamanı dövlət və özəl əmlaka ciddi ziyan dəydiyini, onlarla ictimai binanın dağıdıldığını açıqladı.
ABŞ mediası Tramp administrasiyasının İrana qarşı mümkün müdaxilə ssenarilərini müzakirə etdiyini yazır. Masada gizli kiberəməliyyatlar, “Starlink” vasitəsilə İranın informasiya mühitinə müdaxilə və məhdud hərbi hava zərbələri olmaqla, üç variantın olduğu bildirilir.
.jpg)
Lakin CNN və “New York Times” yazır ki, Pentaqon hərbi müdaxilənin etirazları zəiflədə və İran cəmiyyətini hakimiyyət ətrafında birləşdirə biləcəyindən ehtiyat edir.
İran isə hərbi hücum olacağı təqdirdə bölgədəki ABŞ bazalarının və gəmilərinin legitim hədəf olacağını bəyan etdi.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.