525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
ABŞ-də hərracda 500 dollara seyf qutusu alan kişi bir anda milyonçuya çevrilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, adı açıqlanmayan həmin şəxs qutunu açan zaman orada 7,5 milyon dolların olduğun fərqinə varıb.
Seyf qutusu Den Dotson adlı şoumenin keçirdiyi hərracda alınıb. "Storage Wars" adlı hərrac-şouda banklardakı azı 3 ay ödənişi edilməyən seyf qutuları alıcılara təklif edilir. Qutuların içərisində nəyin olması məlum deyil. Adətən, çoxu boş çıxır. Amma istisnalarsız da ötüşmür.
Qeyd edək ki, seyf qutusunun əvvəlki sahibini adı məlum deyil. Güman ki, naməlum şəxs bu pulları banka etibar etdikdən sonra ya ölüb, ya da həbs edilib.
L.Tağıyeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.