AZ

CBS: ABŞ Meksikadan Kubaya neft tədarükünə mane olmağı planlaşdırmır

BAKI, 13 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp administrasiyası hazırda Meksikadan Kubaya neft tədarükünün qarşısını almaq niyyətində deyil.

Teleqraf xəbər verir ki, bu barədə CBS ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, Vaşinqtonun mövcud kursu Meksikanın Kubaya neft tədarükünü davam etdirməsinə imkan yaratmaqdan ibarətdir. Televiziya kanalının qiymətləndirməsinə əsasən, Meksika ABŞ hakimiyyətinin Venesuela Prezidenti Nikolas Maduronun oğurlanmasından sonra Kuba üçün əsas enerji resursu tədarükçüsünə çevrilib.

CBS-nin mənbələrindən biri bildirib ki, ABŞ Kuba hökumətinin çökməsinə nail olmağa çalışmır, əksinə, Havananı mövcud siyasi sistemdən mərhələli şəkildə uzaqlaşdırmaq üçün razılaşma əldə etmək niyyətindədir.

Xatırladaq ki, Donald Tramp yanvarın 11-də Kubanın artıq Venesueladan nə neft, nə də maliyyə vəsaiti almayacağını açıqlamışdı. O, Havananı Karakasa təhlükəsizlik xidmətləri göstərməkdə ittiham edib və Venesuela neftinin Kubaya tədarükünün dayandırılacağını bəyan edib. ABŞ Prezidenti həmçinin Venesuelada keçirilən hərbi əməliyyatlardan sonra Vaşinqtonun Kuba hakimiyyəti ilə mümkün razılaşma məsələsi üzrə əlaqədə olduğunu söyləyib.

Öz növbəsində Kuba Prezidenti Miqel Dias-Kanel bildirib ki, Havana Vaşinqtonla miqrasiya sahəsində texniki təmaslar istisna olmaqla, danışıqlar aparmır. Bununla yanaşı, o, ciddi və məsuliyyətli dialoqa hazır olduqlarını vurğulayıb.

Seçilən
51
teleqraf.com

1Mənbələr