AZ

ABŞ 100 000-dən çox vizanı ləğv etdi

ABŞ Dövlət Departamenti ölkə qanunlarını pozduğu aşkar edilən şəxslərə verilən 100 000-dən çox vizanı ləğv edib.

"Yeni Sabah" xəbər verir ki, departament bu barədə "X" sosial media səhifəsində məlumat yayıb.

Məlumata görə, ləğv edilən 100 000 vizadan təxminən 8 000-i tələbə vizası, daha 2 500-ü isə cinayətkar fəaliyyətlə bağlı hüquq-mühafizə orqanları ilə əlaqəsi olan şəxslərə verilmiş xüsusi vizalardır.

Departament əlavə edib ki, bu cür tədbirlər ölkənin daxili təhlükəsizliyini təmin etməyə yönəlib./Oxu.az


Telegram kanalımız
Seçilən
34
yenisabah.az

1Mənbələr