Bakı. Trend:
İranda internetə giriş məhdudiyyətləri etirazlar zamanı xaricikoordinasiyalı terror əməliyyatları başladıqdan sonra tətbiqedilib.
Trend-in məlumatına görə, bu barədə İranın xarici işlər naziriAbbas Əraqçi deyib.
"İnternetin bağlanması xaricdən gələn əmrlər əsasında terrorəməliyyatlarına başlandığı zaman baş verib", - deyə o bildirib.
"NetBlocks" Beynəlxalq internet monitorinq xidmətinin məlumatınaəsasən, İranda internetə çıxış 96 saatdan çoxdur ki,məhdudlaşdırılıb. 9 yanvarda İran Rabitə və İnformasiyaTexnologiyaları Nazirliyi təhlükəsizlik orqanları tərəfindənməhdudlaşdırılan internet xidmətlərinin bərpası üçün tədbirlərgördüyünü açıqlayıb.