AZ

"SpaceX" şirkəti 7500 Starlink peykinin buraxılışı üçün təsdiq alıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

"SpaceX" şirkəti 7500 Starlink peykinin buraxılışı üçün təsdiq alıb.

Banco.azxəbər verir ki, Amerikalı peyk şirkəti “SpaceX” növbəti yeni nəsil 7 min 500 ədəd “Starlink” peykini orbitə çıxarmaq üçün ABŞ-ın Federal Rabitə Komissiyasından (FCC) təsdiq alıb.

“SpaceX” ikinci nəsil “Starlink” peyklərindən əlavə 7 min 500 ədədini buraxmaq icazəsi əldə etməklə, qlobal miqyasda ümumilikdə 15 min peykə sahib olacaq.

FCC bildirib ki, bu qərar təkcə “SpaceX”ə daha çox peyk buraxmağa və yüksək sürətli internet əhatə dairəsini genişləndirməyə imkan vermir, eyni zamanda “Starlink” peyklərinin beş müxtəlif tezlikdə fəaliyyət göstərə bilməsi və ABŞ xaricində birbaşa mobil telefon bağlantısı təmin etməsi deməkdir.

FCC tərəfindən yayımlanan açıqlamada vurğulanıb ki, bu genişlənmə “SpaceX”in dünya üzrə yüksək sürətli və aşağı gecikməli internet xidmətləri təqdim etməsini mümkün edəcək.

ABŞ-ın “Federal Rabitə Komissiyası” qeyd edib ki, “SpaceX” təsdiqlənmiş “Starlink” peyklərinin 50 faizini 1 dekabr 2028-ci ilədək, qalan 50 faizini isə 2031-ci ilin dekabr ayınadək orbitə çıxarmalıdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
40
2
banco.az

3Mənbələr