AZ

Azərbaycanın enerji potensialının gücləndirilməsi iqtisadi inkişafın prioritet istiqamətidir » AzadMedia.az



Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


Azərbaycanın enerji siyasətinin uğurla həyata keçirilməsi əhəmiyyətli dərəcədə enerji istehsalında şaxələndirmənin təmin edilməsi ilə bağlıdır. Bu istiqamətdə atılan mühüm addımlar sırasında Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən həyata keçirilən külək elektrik stansiyası layihəsi xüsusi yeri tutur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 yanvar 2026-cı ildə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimindəki çıxışında xüsusilə vurğulamışdır ki, 240 meqavat gücündə stansiyanın istismara verilməsi ölkəmizin enerji potensialının artırılmasında əhəmiyyətli rol oynayacaq və Azərbaycanın ümumi inkişafına öz töhfəsini verəcəkdir.

Eyni zamanda qeyd edilməlidir ki, “Xızı-Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından da ciddi əhəmiyyət kəsb edir.

Ümumiyyətlə ölkəmizin enerji sisteminin müasirləşdirilməsi və modernləşdirilməsi son illər ərzində əsas iqtisadi prioritetlərdən biri kimi diqqəti cəlb edir.

“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində yaşıl enerjiyə keçid, enerji səmərəliliyinin artırılması və aşağı karbonlu iqtisadiyyatın formalaşması milli inkişafın əsas hədəfləri sırasında mühüm yeri tutub.

Məlum olduğu kimi, son 20 il ərzində ölkəmizdə yaradılmış generasiya gücləri bütün əvvəlki dövrlə müqayisədə üç dəfə artmışdır və hazırda generasiya gücümüz 10 min meqavata bərabər olaraq tarixi rekord həddinə çatmışdır. Növbəti illər ərzində bir çox yeni bərpaolunan enerji generasiya gücünün yaradılmasını nəzərə alaraq, qeyd olunan rəqəm daha da yüksələcək və nəticə etibarı ilə imkan verəcək ki, həm artmaqda olan daxili tələbat lazımi səviyyədə təmin edilsin, həm də elektrik enerjisininin ixrac potensialı artırılsın.
Seçilən
44
1
azadmedia.az

2Mənbələr