AZ

Sudan hökuməti paytaxta qayıtdı

Sudan hökuməti 2023-cü ildə münaqişə başlayandan bəri ilk dəfə rəsmi olaraq paytaxt Xartuma qayıdıb. Metbuat.az xəbər verir ki, bu barədə Baş nazir Kamil İdris açıqlama verib. O, hökumətin münaqişə başlayandan sonra müvəqqəti olaraq yerləşdiyi Port Sudandan paytaxta qayıtdığını açıqlayıb. O, əhali üçün xidmətlərin yaxşılaşdırılacağını və obyektlərin bərpa ediləcəyini bildirib. İdris, hökumətin yeni il büdcəsinin vətəndaşlara əlavə yük qoymadan təqdim edildiyini bildirərək, vətəndaşların təhlükəsizliyini və yaşayış şəraitini yaxşılaşdıracaqlarını vurğulayıb.

Qeyd edək ki, Sudan 2023-cü ildən bəri ordu ilə “Çevik dəstək qüvvələri” arasında toqquşmalara səhnə olur. Bu münaqişə on minlərlə sudanlının ölümünə və təxminən 13 milyon insanın didərgin düşməsinə səbəb olub.

Seçilən
47
metbuat.az

1Mənbələr