AZ

Şəkidə ehtiyatsızlıqdan ölüm faktı ilə bağlı cinayət işi açılıb » AzadMedia.az


Şəki rayon prokurorluğunun məlumatına görə, yanvarın 12-də Şəki rayonu ərazisində Səttar Nəbiyevin ölümü ilə bağlı prokurorluğa məlumat daxil olub.
Aparılan ilkin araşdırmalar zamanı müəyyən edilib ki, 2000-ci il təvəllüdlü Hüseyn İsmayılov yanvarın 10-da Səttar Nəbiyevə sifət nahiyəsindən əli ilə zərbə endirib. Nəticədə zərərçəkən yerə yıxılıb və aldığı xəsarətlər səbəbindən iki gün sonra xəstəxanada vəfat edib. Fakt üzrə ehtiyatsızlıqdan ölümə səbəb olma ilə bağlı əsaslı şübhələr müəyyən olunub.
Qeyd olunan faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hüseyn İsmayılov iş üzrə şübhəli şəxs qismində tutulub.
Seçilən
106
1
azadmedia.az

2Mənbələr