AZ

Baş katib: Rusiya NATO ölkələrini Ukraynanı dəstəkləməkdən çəkindirməyə çalışır

ain.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya Federasiyası NATO-ya üzv dövlətlərə Ukraynanı dəstəkləməyi dayandırmağa məcbur etmək üçün “Oreşnik” tipli ballistik raketdən istifadə edib.

Reyting.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Xorvatiyanın baş naziri Andrey Plenkoviç ilə birgə mətbuat konfransında bildirib.

“Rusiyanın qəddar təcavüzkar müharibəsi davam edir. Biz ötən həftə Lvovda “Oreşnik” raketinin istifadəsini, mülki və enerji infrastrukturuna davamlı hücumları gördük. Rusiya bizi Ukraynanı dəstəkləməkdən çəkindirməyə çalışır, amma bu, bizi dayandırmayacaq”, - Rutte vurğulayıb.

Baş katibin sözlərinə görə, Ukrayna sərt qışda böyük təzyiqlə üzləşdiyi üçün Xorvatiya da daxil olmaqla, bütün NATO müttəfiqlərinin dəstəyi hər zamankından daha vacibdir.

“Ukraynanın təhlükəsizliyi Alyansın təhlükəsizliyidir”,- Rutte əlavə edib. O, müttəfiqlərin Ukraynaya sarsılmaz dəstəyini davam etdirməyə sadiq olduğunu və Xorvatiyanın buna əhəmiyyətli töhfə verdiyini vurğulayıb.

E. KAMAL

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
reyting.az

1Mənbələr