İranda vəziyyət gərginləşdiyinə görə, İsrail xəstəxanaları hazırlıq vəziyyətinə gətirilib.
İnterpress.az xəbər verir ki, İsrail Səhiyyə Nazirliyi tibb müəssisələrinə təcili təlimatlar göndərib.
Məlumata görə, bu gün – yanvarın 12-də nazirlik xəstəxana rəhbərləri və Təcili Tibbi Yardım Xidmətini (MADA) məlumatlandırıb.
Təlimatda tibb ocaqlarının sürətlə fövqəladə iş rejiminə keçməyə hazır olmaları tələb edilir.
Bu addımın İranda artan qarşıdurma və regionda vəziyyətin gərginləşmə ehtimalı fonunda atıldığı bildirilir.
Qeyd olunur ki, hazırda ölkədə təhlükəsizlik rejimi dəyişdirilməyib. Bu, sadəcə ehtimal olunan təhlükələrə qarşı planlı yoxlama xarakteri daşıyır.
Xuraman Etibarlı
İnterpress.az