AZ

Avropa İttifaqına 100 minlik vahid ordu lazımdır – ŞOK ETİRAF

Aİ-nin müdafiə məsələləri üzrə avrokomissarı Andryus Kubilyus Avropa İttifaqı üçün təxminən 100 min hərbçidən ibarət vahid ordunun yaradılmasının vacibliyini bəyan edib.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərinə görə, daimi Avropa silahlı qüvvələri ABŞ-ın Avropadakı hərbi mövcudluğunun azalması və Vaşinqtonun diqqətini Asiya–Sakit okean regionuna yönəltməsi fonunda təhlükəsizliyin ən yaxşı təminatı ola bilər.

Kubilyus həmçinin Donald Trampın NATO-nun mövcud müdafiə sisteminin qorunmasında maraqlı olub-olmadığına şübhə etdiyini bildirib və Böyük Britaniya daxil olmaqla Aİ-nin aparıcı ölkələrinin iştirakı ilə Avropa Təhlükəsizlik Şurasının yaradılmasını təklif edib.

Seçilən
36
nocomment.az

1Mənbələr