AZ

ABŞ Qrenlandiyanı güc yolu ilə ələ keçirsə, bu NATO-nun sonu olacaq

Aİ-nin müdafiə üzrə komissarı Danimarkaya qarşı hərbi təcavüz halında üzv ölkələrin yardım öhdəliyini xatırladıb...

Poliqon xəbər verir ki, Avropa İttifaqının müdafiə məsələləri üzrə komissarı Andryus Kubilyus ABŞ-nin Qrenlandiyanı hərbi yolla ələ keçirməsinin NATO üçün dağıdıcı nəticələrə səbəb olacağını bildirib. O vurğulayıb ki, belə bir ssenari yalnız alyansın gələcəyini sual altına qoymaz, eyni zamanda Avropa cəmiyyətlərində son dərəcə mənfi reaksiya doğurar.

Kubilyus bu fikirləri İsveçdə keçirilən təhlükəsizlik konfransı çərçivəsində Reuters agentliyinə açıqlamasında səsləndirib. O, Danimarkanın baş nazirinin mövqeyi ilə razılaşdığını deyərək qeyd edib ki, Qrenlandiya ətrafında hərbi eskalasiya faktiki olaraq NATO-nun sonu kimi qiymətləndirilə bilər və bu, ictimai rəy baxımından da qəbuledilməz olardı, – deyə Andryus Kubilyus bildirib.

Avrokomissar, həmçinin, Avropa İttifaqı Müqaviləsinin 42.7-ci maddəsinə diqqət çəkib. Onun sözlərinə görə, bu maddə Aİ-yə üzv dövlətləri Danimarka hərbi təcavüzlə üzləşərsə, ona yardım göstərməyə məcbur edir. Kubilyus vurğulayıb ki, konkret addımların atılması müəyyən qədər Danimarkanın öz mövqeyindən və reaksiyasından asılı olacaq. Bununla belə, o qeyd edib ki, üzv ölkələrin qarşılıqlı yardım göstərmək kimi hüquqi və siyasi öhdəliyi mövcuddur.

Poliqon.info

Seçilən
48
poliqon.info

1Mənbələr