Beyləqan rayonunda panbıq əkini ilə məşğul olan bir qrup vətəndaş “P-Aqro” MMC tərəfindən onların borclarının verilmədiyi iddia edirlər. Şikayətçilər borclarının verilməməsinin “P-Aqro” MMC-nin direktoru Azər Əlizadənin ölkədə olmaması ilədə əlaqələndiriblər.
Məsələ ilə bağlı “P-Aqro” MMC şirkəti açıqlama verib. Şirkətdən bildirilir ki, yaxın günlərdə “P-Aqro” MMC-nin fermerlərə olan borcları tam ödəniləcək.
Açıqlamada qeyd edilir ki, şirkətin direktoru Azər Əlizadənin ölkədə olmaması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir və direktor Azər Əlizadə hər gün “P-Aqro” MMC-nin baş ofisində işinin başındadır.
“P-Aqro” MMC həmçinin qeyd edir ki, ehtiyyacı olan fermerlərin bir hissəsinə müəyyən qədər vəsaitlər ödənilib. Bu şəxslər əsasən Şəhid ailələri, qazilər, veteranlar və digər vətəndaşlardır.
Poliqon.info