AZ

"Zirə" rumınlara 3 qol vurdu, qalib gələn olmadı

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Zirə" bu gün ilk yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi Rumıniyadan “Çiksereda” ilə üz-üzə gəlib.

Matç 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. “Zirə”nin qollarını 10-cu dəqiqədə Namik Ələskərov, 17-ci və 45-ci dəqiqələrdə isə penaltidən Rövlan Muradov vurub.

"Zirə" qış fasiləsinə 28 xalla 3-cü pillədə yollanıb. "Çiksereda" isə Rumıniya Superliqasında 16 xalla 14-cüdür.

"Zirə" yanvarın 16-da Ukraynanın “Oleksandriya” və Çexiyanın “Bohemians 1905” klubları ilə qarşılaşacaq.

Seçilən
48
9
sportinfo.az

10Mənbələr