AZ

“Əsas problem yol çatışmazlığı deyil, maşınların sayının həddindən çox olmasıdır” AÇIQLAMA

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Bakının mərkəzində körpü tikintisi tıxac problemini tam aradan qaldırmaz. Körpü yalnız müəyyən nöqtələrdə hərəkəti müvəqqəti olaraq sürətləndirə bilər”. Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.O bildirib ki, ilk dövrlərdə sürücülər rahatlıq hiss edəcək:“Lakin zamanla bu körpü daha çox avtomobilin mərkəzə daxil olmasına səbəb olacaq. Nəticədə tıxac başqa küçə və yollar üzərində yaranacaq. Şəhər mərkəzində əsas problem yol çatışmazlığı deyil, maşınların sayının həddindən artıq çox olmasıdır. Təkcə infrastruktur tikintisi bu problemi həll etmir. Əgər körpü ictimai nəqliyyatla əlaqələndirilməzsə, effekt zəif olar. Avtobus zolaqları və metro xətləri gücləndirilməlidir. Parklanma qaydalarına nəzarət artırılmalıdır. Qanunsuz parklanma tıxacın əsas səbəblərindən biridir. Ağıllı işıqfor və yol idarəetmə sistemləri tətbiq olunmalıdır. Piyada və velosiped üçün alternativlər yaradılmalıdır. Bu tədbirlər birlikdə həyata keçirilərsə, tıxacın azalması mümkündür. Əks halda körpü yalnız qısa müddətli rahatlıq yaradacaq”.Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
demokrat.az

1Mənbələr