ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.
“Azərbaycanda avtomobildə siqaret çəkmək məsələsi əsasən ictimai sağlamlığın qorunması çərçivəsində tənzimlənir. Mövcud qanunvericiliyə görə, şəxsi avtomobil daxilində siqaret çəkmək özü ilə birbaşa inzibati cərimə nəzərdə tutmasa da, əgər avtomobildə uşaq və ya şəxsi sağlamlığı üçün risk yaradan şəxs varsa, bu, müəyyən hallarda məhdudiyyət və ya cərimə tədbirləri ilə nəticələnə bilər”.Bunu Demokrat.az-a açıqlamasında hüquqşünas Aysel Süleymanova bildirib.O deyib ki, Azərbaycanın “Tütünçəkmə haqqında” Qanununa əsasən, tütün məmulatlarından istifadənin ictimai yerlərdə, o cümlədən nəqliyyat vasitələrində məhdudlaşdırılması nəzərdə tutulur:“Bu, xüsusilə ictimai nəqliyyat və taksilərə aiddir. Öz avtomobilinizdə siqaret çəkmək birbaşa qanuna zidd olmasa da, uşaqların və ya digər sərnişinlərin olduğu hallarda, onların hüquqlarını pozmaq kimi qiymətləndirilə bilər. Hüquqi praktikada cəmiyyətin maarifləndirilməsi və ictimai sağlamlığın qorunması məqsədilə, polis və ya aidiyyəti orqanlar bu məsələyə diqqət yetirir. Avtomobildə siqaret çəkmək qadağan olunmuş yerlərdə inzibati qaydada 30–50 manat cərimə ilə nəticələnə bilər”.Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.