AZ

Politoloq: Cənubi Qafqazda inkişaf və tərəqqi üçün yeni bir mərhələ başlayıb

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

“Azərbaycandan Ermənistana yeni neft məhsulları göndərilib. Bu da onu göstərir ki, Azərbaycan-Ermənistan arasında iqtisadi əməkdaşlıq formalaşmağa başlayıb və təmin olunur”. Bu sözləri Demokrat.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov deyib.O bildirib ki, bu, eyni zamanda sülhə, təhlükəsizliyə, sabitliyə və dayanıqlı inkişafa verilən bir töhfədir:“Bundan əvvəl də oxşar əməliyyat həyata keçirilmişdi və həmin vaxt Gürcüstan çox önəmli bir jest etdi tranzit xərclərindən imtina etdi, tarifləri qəbul etmədi. Bu addım, məncə, yaxşı qonşuluq siyasətinin bariz nümunəsi kimi qiymətləndirilə bilər. Artıq elektrik enerjisi də Azərbaycan vasitəsilə Ermənistana ötürülmüşdü və indi də neft məhsullarının iqtisadi dövriyyəyə daxil olması mühüm strateji əhəmiyyət daşıyır”.  O deyib ki, Vaşinqton razılaşmasından sonra Cənubi Qafqazda inkişaf və tərəqqi üçün yeni bir mərhələ başlayıb:“Bu mərhələnin uğurla yekunlaşması böyük əhəmiyyət kəsb edir. Bu il Ermənistanda ciddi siyasi proseslər gözlənilir parlament seçkiləri, konstitusiya dəyişikliyi üçün referendum, həmçinin Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması planlaşdırılır. Nəzərdə tutulan bu planlar uğurla reallaşacaq və regionda sabit sülh mühiti formalaşacaq”.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
demokrat.az

1Mənbələr