AZ

Mikels komanda ilə məşqlərə bu tarixdə başlayacaq

"Sabah"ın zədəli futbolçusu Coy-Lens Mikels məşqlərə başlayıb.

Sportal.az xəbər verir ki, almaniyalı vinger komandadan ayrı fərdi məşq edir. Mikels ötən gün "Şamaxı" ilə keçirilən yoxlama oyununda iştirak etməyib.

31 yaşlı futbolçu növbəti həftə kollektivlə birlikdə məşqlərə qoşulacaq. Təcrübəli oyunçunun 25 yanvar tarixində "Karvan-Yevlax"la matçda iştirak edib-etməyəcəyi sual altındadır. Futbolçu artıq növbəti oyunlara qədər hazır olacaq.

Qeyd edək ki, Coy-Lens Mikels bu mövsüm "Sabah"ın heyətində meydana çıxdığı 21 rəsmi matçda 16 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Seçilən
11
1
sportal.az

2Mənbələr