AZ

81 yaşlı fədakar NƏNƏ: “Minecraft” oynayaraq nəvəsini xərçəngdən MÜALİCƏ EDİR – VİDEO

Nəvəsini xərçəngdən xilas etmək üçün “Minecraft” oynayan 81 yaşlı nənə rekord qırır.

İnterpress.az xəbər verir ki, ABŞ-də ürəkləri isidən bir hadisə yaşanıb.

Məlumata görə, 81 yaşlı qadın xərçəng xəstəliyindən əziyyət çəkən nəvəsinin müalicə pulunu toplamaq üçün “Minecraft” oyununda canlı yayım (strim) etməyə başlayıb.

O, cəmi bir ay ərzində oyunu öyrənib, özünə “YouTube” kanalı açıb və qısa müddətdə 100 min abunəçi toplamağa nail olub.

Fədakar nənə yayımlardan qazandığı bütün ianələri (donatları) nəvəsinin müalicəsinə göndərir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
13
interpress.az

1Mənbələr