BAKI, 12 yanvar. TELEQRAF
“Biz qonşumuz İranda xaos istəmirik”.
Teleqraf xəbər verir ki, bunu Ədalət və İnkişaf Partiyası sədr müavini və partiya sözçüsü Ömər Çelik deyib.
“İrana xarici müdaxilələr daha böyük böhranlara səbəb olardı. Qardaş İran xalqının əziyyət çəkməməsini və çətinliklərlə üzləşməməsini təmin etmək ən böyük narahatlıqlarımızdan biridir. Bu, İran cəmiyyətinin və İran dövlətinin daxili dinamikası vasitəsilə həll edilməlidir. Xarici müdaxilə böhran yaradacaq”, - o vurğulayıb.