Solovyovun açıqlamasından sonra Ermənistan XİN Rusiyanın səfirini çağırıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Factor TV Ermənistanın Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, Rusiyanın Ermənistandakı səfirinə etiraz notası təqdim olunub. Notada dövlət telekanalının tərkibinə daxil olan proqramın efirində səsləndirilən bəyanatlarla bağlı dərin narazılıq ifadə edilib.
Ermənistan XİN vurğulayıb ki, bu cür açıqlamalar Ermənistanın suverenliyinə yolverilməz müdaxilədir, açıq şəkildə düşmənçilik xarakteri daşıyır və Ermənistan–Rusiya arasında dostluq münasibətlərinin əsas prinsiplərini kobud şəkildə pozur.