AZ

"Difai" heyətini əcnəbi hücumçu ilə gücləndirib

Azərbaycanın I Liqa təmsilçisi "Difai" heyətini əcnəbi hücumçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, komanda 22 yaşlı Ondo Uorren-Llyod ilə anlaşıb.

Qabonlu forvard karyerası ərzində Azərbaycanın digər təmsilçisi "Zaqatala" ilə yanaşı, Moldovanın "Dinamo-Avto", və Fransanın "İstr" klublarında da çıxış edib.

Qeyd edək ki, "Difai" hazırda turnir cədvəlində 9 xalla 9-cu yerdədir.

“Sumqayıt” bu gün ikinci yoxlama oyununa çıxacaq

"Milan" tanınmış futbolçunu transfer etmək istəyir

AFFA-da iki komandanın şikayətinə baxılıb

"Karvan-Yevlax"dan yeni transfer

Günün oyunları bu kanallarda

Seçilən
50
4
apasport.az

5Mənbələr