AZ

İmmunitet sistemini gücləndirən qidalar

Soyuq aylarda xəstəliklərə qarşı müqaviməti artırmaq üçün düzgün qidalanma çox önəmlidir.


Pravda.az bildirir ki, balanslı qida, kifayət qədər su və yaxşı yuxu immunitet sisteminin əsas dayaqlarıdır.
 

İmmuniteti gücləndirən əsas qidalar arasında:
 

Balıq: Omega‑3 yağ turşuları ilə zəngin, həftədə 2–3 dəfə tövsiyə olunur.


Portağal və kivi: C vitamini ilə immuniteti dəstəkləyir.


Yumurta: Yüksək keyfiyyətli protein və vitaminlərlə immuniteti gücləndirir.


Sarımsaq: Antibakterial və antiviral təsir göstərir.


Paxlalılar: Bitki mənşəli protein və dəmir təmin edərək immuniteti dəstəkləyir.


Yaşıl çay və nar: Antioksidanlarla zəngindir.


Zəncəfil və zəfəran: İltihab əleyhinə və faydalı təsir göstərir.


Kefir və kətan toxumu: Probiyotiklər və faydalı yağlarla bağırsaq florasını və immuniteti gücləndirir.


Mütəxəssislər bu qidaları balanslı şəkildə qəbul etməyin soyuq aylarda xəstəliklərə qarşı əlavə qoruma təmin etdiyini vurğulayır.


Əminə Bayramova 

Tarix: 12 Yanvar 2026, 18:02   
Seçilən
52
pravda.az

1Mənbələr