AZ

Noxud yeməyin faydaları

Noxud

Ulusum.az xəbər verir ki, "Science News"un yaydığı məlumata əsasən, Amerika Qidalanma Assosiasiyasının dəstəklədiyi yeni bir araşdırma noxudun xolesterolu aşağı salmaq və iltihabı azaltmaq qabiliyyətinə malik olduğunu göstərib.İllinoys Texnologiya İnstitutunun alimləri tərəfindən aparılan tədqiqatda 12 həftə ərzində prediabetli 72 nəfər müşahidə edilib. Nəticədə gündə bir fincan noxud yeyən iştirakçıların xolesterol səviyyəsi 200-dən 186 milliqram/dl-ə enib. Qara lobya və ağ düyü yeyənlərdə isə belə dəyişiklik müşahidə olunmayıb.Araşdırma həmçinin göstərib ki, noxud iltihab göstəricisi olan interlökin-6 səviyyəsini də əhəmiyyətli dərəcədə azaldır. Mütəxəssislər bildirirlər ki, hər yeməkdə noxud yemək vacib deyil. Həftədə 1,5 stəkan paxlalı bitki qəbul etmək ürək-damar sağlamlığı üçün kifayətdir.Ulusum.az

Diqqət Çəkənlər

Bu şəxsi gigiyena vərdişləri dərinizə zərər verə bilər

Astroturizm stressin azalmasında yeni yanaşma kimi diqqət çəkir VİDEO

Noxud yeməyin faydaları

Seçilən
11
ulusum.az

1Mənbələr