Sahibinin 4 gün içib aldığı və adını belə xatırlamadığı futbol komandası nəhəngi məğlub edib.
İnterpress.az xəbər verir ki, İngiltərə futbolunda həm gülməli, həm də heyrətamiz hadisə gündəm olub.
Məlumata görə, “Maklsfild” (Macclesfield) klubunun sahibi internetdə yayılan səmimi etirafı ilə hamını təəccübləndirib.
O bildirib ki, komandanı 4 günlük içki məclisindən (“zapoy”) sonra satın alıb və hətta alış-verişi necə etdiyini tamamilə unudub.
Maraqlısı budur ki, sərxoş halda alınan bu klub bu günlərdə böyük sensasiyaya imza atıb.
“Maklsfild” özündən reytinqdə 117 pillə yuxarıda olan və İngiltərə Kubokunun sahibi “Kristal Palas”ı (Crystal Palace) məğlub etməyi bacarıb.
Xuraman Etibarlı
İnterpress.az