Dünən İspaniya Superkubokunun finalında əzəli rəqibi "Real Madrid"i 3:2 hesabı ilə məğlub edərək tarixində 16-cı dəfə bu titula sahib çıxan "Barselona"nın hücumçusu Robert Levandovski fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, polşalı ulduzun sözlərini "Madrid Universal" belə çatdırıb:
"Real" üzərində hər qələbə böyük hadisədir. Onlar oyun ərzində daha çox müdafiə olundular. Biz səbr etməli, topu bir cinahdan o biinə keçirməliydik. Əsas odur ki, daha bir titulumuz var".
Xatırladaq ki, sözügedən qarşılaşma Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki "Kinq Abdulla Sports Siti"də baş tutub.
Nihat