AZ

Astana aeroportu altı reysin gecikməsi barədə xəbərdarlıq etdi

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Qazaxıstanda respublika əhəmiyyətli bütün vilayət və şəhərlərdə fırtına xəbərdarlığı elan edilib və bununla əlaqədar altı reys gecikir.

Avtosfer.az Qazaxıstan mediasına istinadən xəbər verir ki, bu barədə Astana hava limanının mətbuat xidməti məlumat yayıb.

"Bununla əlaqədar sərnişinlərdən hava limanına səfərlərini əvvəlcədən planlaşdırmalarını, hava şəraitini və cədvəldəki mümkün dəyişiklikləri nəzərə almalarını xahiş edirik", - hava limanının rəhbərliyi bildirib.

Qeyd edilib ki, altı reys gecikir: Doha-Astana; Sanya-Astana; Ust-Kamenoqorsk-Astana; Aktobe-Astana; Qızılorda-Astana; Petropavlovsk-Astana.

Reyslərin cari statusunu aviaşirkətlərin çağrı mərkəzləri və hava limanının onlayn tablo sistemindən dəqiqləşdirmək tövsiyə olunur.

Oxunub 40

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
avtosfer.az

1Mənbələr