AZ

"Televiziyada əsasən musiqiçilərin, şou xadimlərinin müzakirəsi gedir" - Fazil Mustafa

"Dil məsələsi Azərbaycanda yüksək səviyyədə müzakirə olunur. Ölkə prezidenti də məsələyə öz həssaslığını ortaya qoyub və dəfələrlə çağırış edib ki, dilin saflığının qorunmasına çalışmaq lazımdır".

Bu fikrləri Redaktor.az-a Milli Məclisin deputatı Fazil Mustafa dil normalarına əməl etməyən sayt və televiziyalara cərimələrin tətbiqi ilə bağlı təklifdən danışarkən bildirdi.

Onun fikrincə, cəza yolu ilə nəyisə həll etmək doğru deyil:

"Televiziyada alimlərin və ya siyasətçilərin müzakirəsi getmir; televiziyada əsasən musiqiçilərin, şou xadimlərinin müzakirəsi gedir. Əslində alternativ verilişlərin sayını artırmaq lazımdır ki, insanlar doğru nitqi, doğru diskusiyanı öyrənsinlər. Diskusiyalarda səslənən dilin normalarına əməl edilən məsələlərə diqqət yetirilsin. Bu formada dili qorumaq olar. Digər tərəfdən, dilin saflığını qorumaq olar. Əsərlər yazılmalı, mühit yaradılmalıdır ki, hər sahənin mütəxəssisləri öz sahəsində terminoloji bir keyfiyyət dəyişikliyinə diqqət yetirsin".

Aytəkin TOFİQQIZI

Seçilən
46
1
redaktor.az

2Mənbələr