AZ

"Qızların təhsili ailədən başlayır, mediada sözlərin məsuliyyəti böyükdür" - QHT sədri

Azərbaycanda qızların təhsili həmişə prioritet olub və Hacı Zeynalabdin Tağıyev ilk Qızlar Məktəbini açaraq gələcək üçün təhsilli gənc qadınlar yetişdirməyi hədəfləyib. Təhsilli qızlar həm öz gələcəyini, həm də cəmiyyətin inkişafını təmin edir.

QHT.az xəbər verir ki, bu sözləri Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədri Zenfira Mustafayeva bildirib. Ekspert vurğulayıb ki, bəzi fikirlər, xüsusilə televiziya aparıcılarının səsləndirdikləri sözlər, yanlış başa düşülərək qızların təhsildən uzaq qalması və erkən nikah kimi zərərli nəticələrə yol aça bilər:

"Əsas məsələ qızların ailədə düzgün və sağlam tərbiyə almasıdır. Ailə tərbiyəsi möhkəm olduqda, qızlar cəmiyyətə məsuliyyətli və savadlı vətəndaş kimi təqdim olunur. Bəzi televiziya kanallarında aparılan verilişlər əslində antitəbliğata çevrilib, gənc qızlar və yeniyetmələr üçün yanlış nümunə yaradır. Efirə çıxan bəzi şəxslər həyat hekayələrini asan zənginlik nümunəsi kimi təqdim edir, bu isə gənclərin həmin davranışları təqlid etməsinə səbəb olur. Ona görə zərərli təbliğatın qarşısı alınmalı və verilişlərə ciddi nəzarət edilməlidir".

 

Pərvanə Fərhadqızı

Seçilən
3
qht.az

1Mənbələr