AZ

Qəddafinin qızı bir il əvvəl İrana xəbərdarlığı etmişdi: Atam da Qərbə inandı, sonu...

İranda hökumət əleyhinə etirazlar fonunda devrilmiş Liviya lideri Müəmmər Qəddafinin qızı Aişə Qəddafinin ötən il İran xalqına verdiyi xəbərdarlıq yenidən gündəmə gəlib.

Publika.az xəbər verir ki, Aişə Qəddafi sosial media vasitəsilə İran xalqına müraciət etmişdi.

O, müraciətində İranın hazırkı vəziyyətini Liviyanın keçmişdə yaşadığı proseslə müqayisə edərək, Tehran administrasiyasına Qərb güclərinin vədlərinə etibar etməmək üçün sərt xəbərdarlıq edib.

Qəddafi Qərbin diplomatik təşəbbüslərinə etibar etməyin nəticələrinin şəxsən şahidi olduğunu, atasının Liviyanın nüvə və raket proqramlarından imtina etməyə necə inandırıldığını xatırladıb. Onun sözlərinə görə, bu silahlar onun ölkəsini məhv edən NATO müdaxiləsinə qarşı bir maneə ola bilərdi.

"Bu insanlar atama "Əgər nüvə və raket proqramlarınızdan imtina etsəniz, dünyanın qapıları sizə açılacaq" deyən eyni insanlardır. NATO-nun bombardmanlarının Liviyanı necə xarabalığa çevirdiyini, xalqımızı köləliyə, yoxsulluğa və köçkünlüyə sürüklədiyinin şahidi olduq" - deyə o qeyd edib.

Seçilən
43
publika.az

1Mənbələr