AZ

Vətəndaşın sayğac qəbiristanlığı iddiasına Azəriqaz dan CAVAB: Abonent işgüzar nüfuzumuza təsir etmək istəyir

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Azəriqaz" İstehsalat Birliyinin (İB) Ağsu Regional Qaz İstismarı İdarəsinin həyətində xeyli sayda nəzarətsiz qaz sayğaclarının toplanıldığına dair görüntülər yayılıb. Vətəndaş iddia edir ki, sözügedən sayğacların bir hissəsi yenidir.

Sözügedən məsələ ilə bağlı "Azəriqaz"a sorğu ünvanladıq.

Vətəndaşın "sayğac qəbiristanlığı" iddiasına "Azəriqaz"dan CAVAB: "Abonent işgüzar nüfuzumuza təsir etmək istəyir"

Qurumun mətbuat katibi Eldəniz Vəliyev Oxu.Az-a açıqlamasında bildirib ki, əhali kateqoriyasına aid abonentlər 5 ildən, sahibkarlıq subyektlərinin sayğacları isə 3 ildən bir dövrü dövlət yoxlanılmasına aparılır.

"Videoda görünən sayğaclar isə dövrü dövlət yoxlaması bitən abonentlərin sayğaclarıdır ki, onlar mərhələli şəkildə Metrologiya İnstitutuna aparılır. Burada qeyri-adi nəsə yoxdur. Qurumun həyətinə yığılan sayğaclar daha sonra anbara daşınır. Abonent "Azəriqaz" İB-nin işgüzar nüfuzuna təsir etmək istəyir. Amma bu, mümkün deyil. Hər şey nəzarət altındadır", - deyə E.Vəliyev bildirib.

Aqil Vəlili

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
oxu.az

1Mənbələr