Qış mövsümü və qar təkcə təbiətin bəzəyi deyil, bir çox maraqlı xüsusiyyətləri ilə diqqət çəkir.
Pravda.az qar və qış haqda maraqlı faktları təqdim edir:
Qar səsi udur: Qar kristallarının porlu quruluşu onu səs udma qabiliyyəti yüksək materiallara çevirir. Psixoloqlar bildirir ki, qar yağarkən yaranan səssizlik insanlara rahatlıq gətirir.
Qar qorxusu – Chionophobia: Bəzi insanlar qarın yağmasından xoflanır. Bu fobiya titrəyiş, ürək döyünməsi, qarın ağrısı və digər fiziki reaksiyalarla özünü göstərir və müalicəsi 1–2 il çəkə bilər.
Qışda Günəşə daha yaxın: Maraqlıdır ki, qış aylarında Yer Günəşə daha yaxın, yayda isə daha uzaq olur.
Fiziki və ruhi dəyişikliklər: Gün işığının azalması serotonin səviyyəsini azaldır, bu da bəzi insanlarda depressiya, ümidsizlik, kökəlmə və digər dəyişikliklərə səbəb ola bilər. Həkimlər aktiv həyat və doğru geyimlə açıq havada hərəkət etməyi tövsiyə edir.
Boşanmalar qışda artır: Psixoloqlar bunu duyğusal dəyişikliklər və depressiya ilə əlaqələndirir.
Qar həqiqətən ağ deyil: Qar kristalları şəffafdır; ağ görünməsi işığın səpələnməsi ilə bağlıdır. Nadir hallarda qar narıncı, çəhrayı və qırmızımtıl da ola bilər.
Ən soyuq qış: Qeydiyyata alınmış ən soyuq qış Antarktikada ‑123 °C ilə ölçülüb.
Bitkilər üçün vacib: Bitkilər qış soyuğunu yaşamalıdır ki, baharda gözəl çiçəkləsinlər.
Qar üçün 100 ad: Eskimo-Aleut dillərində qarın növlərini ifadə edən 100-dən çox söz var.
Əminə Bayramova