Bakının Sabunçu və Binəqədi rayonundakı evlərdən 10 min manatlıq oğurluq olub.
Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sözügedən rayonlarda mənzillərdən 8 min 500 manat dəyərində qızıl-zinət əşyaları, həmçinin 2 min manatlıq noutbuk və qol saatının naməlum şəraitdə oğurlanıb.
Keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı R.Quliyeva və əvvəllər məhkum olunmuş 46 yaşlı A.Qəniyev saxlanılıblar.
Araşdırmalar davam etdirilir.