AZ

Abbas Əraqçi: Həm müharibəyə, həm də danışıqlara hazırıq

Abbas Əraqçi: Həm müharibəyə, həm də danışıqlara hazırıq

İran Xarici İşlər naziri Abbas Əraqçi ölkəsinin həm müharibəyə, həm də qarşılıqlı hörmət prinsiplərinə əsaslanan danışıqlara hazır olduğunu bildirib.

İran dövlət televiziyasının məlumatına görə, Əraqçi Tehrandakı xarici səfirlər və missiya rəhbərlərinə qarşısında etdiyi çıxışda ölkədəki etirazları dəyərləndirib.

Əraqçi etirazların əvvəlcə sülhlə başladığını, daha sonra isə zorakılığa çevrildiyini qeyd edib və xarici qüvvələrin hadisələrə müdaxilə etdiyini iddia edib.

“İranda son günlər baş verən terror aktlarında ABŞ və İsrailin müdaxiləsinə dair çox sayda sənəd və sübutumuz var” – deyə Əraqçi bildirib.

O əlavə edib ki, qərb ölkələri terrorçuları qınamaq əvəzinə polis qüvvələrini qınayır: "Bunlar Qəzzada 70 mindən çox insanın qətlə yetirilməsini və ABŞ ilə İsrail tərəfindən minlərlə İran vətəndaşının öldürülməsini qınamayan ölkələrdir. Ancaq bu gün İran daxilindəki terrorçuları dəstəkləyirlər”.

Əraqçi ölkəsinin müharibə istəmədiyini vurğulayaraq, “İran müharibəyə hazırdır, amma qabaqlayıcı müharibə gündəliyimiz yoxdur. Danışıqlara da hazırıq. Lakin danışıqlar ədalətli, bərabər hüquqlara əsaslanan və qarşılıqlı hörmət prinsipləri çərçivəsində aparılmalıdır” deyib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp son açıqlamasında İranın bir gün əvvəl ABŞ-la əlaqə saxladığını bildirərək, “Onlarla görüşə bilərik. Görüş təşkil olunur. Ancaq baş verənlər səbəbindən görüşdən əvvəl hərəkət etməli ola bilərik” ifadəsini işlətmişdi.

Seçilən
4
afn.az

1Mənbələr