Bakı. Trend:
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiyakomitəsinin sədri Sadiq Qurbanov yanvarın 13-də TürkiyəRespublikasının Rizə şəhərinə səfər edəcək.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, komitə sədri səfər çərçivəsində Beynəlxalq AyderEnerji Forumunda iştirak edəcək, Qara Dəniz-Avrasiya regionundaenerji rəqabəti və enerji strategiyalarının gələcəyi mövzusuna həsrolunmuş sessiyada çıxış edəcək.
Qeyd edilib ki, səfər yanvarın 17-də başa çatacaq.