Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Yeni il ərəfəsində Şimali Koreya lideri Kim Çen In tərəfindən ünvanlanan təbrik məktubu alıb.
News365.az xəbər verir ki, Türkmənistan Prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, məktubda Kim Çen In türkmən həmkarına Yeni il münasibətilə səmimi təbriklərini çatdıraraq, iki ölkə arasında münasibətlərin inkişafı ilə bağlı xoş arzularını ifadə edib.
Qeyd edək ki, Türkmənistan və Şimali Koreya arasında diplomatik əlaqələr 1992-ci ildən mövcuddur və tərəflər bu müddət ərzində qarşılıqlı hörmətə əsaslanan münasibətləri qoruyub saxlayırlar.
News365.az