“Fənərbağça” yay transfer dönəmi üçün planlarını qurur.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu “Bavariya”nın və Almaniya millisinin yarımmüdafiəçisi Leon Qoretzka ilə maraqlanır.
30 yaşlı futbolçunun Münhen təmsilçisi ilə müqaviləsi 2026-cı ilin iyununa qədər qüvvədədir. Qoretzka 2018-ci ildən “Bavariya”da çıxış edir.