AZ

Agentlik sədri: Azərbaycanın su itkiləri daha yüksəkdir

BAKI, 12 yanvar. TELEQRAF

"Su itkilərimiz daha yüksəkdir. Su itkiləri faktiki olaraq 38,6 faizdir ki, bu, Avropa İttifaqında orta hesabla 22 faizdir. Bununla yanaşı, Siz də qeyd etdiyiniz kimi, bizim itkilərimiz 46 faizə yaxındır. Çünki bununla yanaşı, bir də daxili istismarda olan sular var, onlar da itki olaraq nəzərə alınır. Avropada bu, 3 faiz olduğu halda, Azərbaycanda 9 faiz səviyyəsindədir".

Teleqraf xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə çıxışında deyib.

"Cənab Prezident, bu xəritədə Bakı şəhərində və Abşeron yarımadasında sosial-iqtisadi inkişaf, demoqrafik artım ilə əlaqədar içməli su sistemlərinin istifadəsi xəritəsi göstərilir. Burada gördüyünüz mavi bölgələr şəbəkənin tikintisinin normalara cavab verdiyi ərazilərdir. Bu, gördüyünüz kimi, Bakı şəhərinin mərkəzini, Sumqayıt şəhərinin bəzi hissələrini və digər bəzi bölgələri özündə əks etdirir. Yaşıl ərazilərdə isə su şəbəkəsi mövcuddur, amma bu, normalara cavab verməyən, əhali tərəfindən, bəzi yerlərdə maklerlər tərəfindən primitiv şəkildə tikilmiş qoşulma şəbəkələrdir. Gördüyümüz qırmızı ərazilər isə ümumiyyətlə, su şəbəkəsi olmayan və insanların suyu daşımaqla gətirdikləri ərazilərdir.

Bu xəritədən göründüyü kimi, xidmət göstərilən əhali Bakı və Abşeron yarımadasında 91 faiz olduğu halda, normalara cavab verən əhaliyə xidmətimiz 74 faiz səviyyəsindədir. Ərazi olaraq 77 faizi əhatə etdiyi halda, tikinti normalarına cavab verən əhatə dairəmiz sadəcə 40 faiz səviyyəsindədir", - Zaur Mikayılov bildirib.

Seçilən
65
teleqraf.com

1Mənbələr