AZ

Şübhəli əşya səbəbindən Trampın marşrutu dəyişdirildi

ABŞ prezidenti Donald Trampı Floridadakı hava limanına aparan kortejin marşrutu şübhəli əşya səbəbindən dəyişdirilib.

Publika.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karolin Leavitt bəyanat yayıb.

Onun sözlərinə görə, Trampın Palm Biç Beynəlxalq Hava Limanına gəlməsindən əvvəl təhlükəsizlik yoxlamaları zamanı şübhəli əşya aşkar edilib.

Leavitt əşyanın nə olduğu barədə məlumat verməyib. "Daha ətraflı araşdırma tələb olunub və prezident kortejinin marşrutu müvafiq olaraq dəyişdirilib", - deyə o qeyd edib.

Seçilən
76
publika.az

1Mənbələr