AZ

Xamanei Trampla bağlı paylaşım edib - “Bu da devriləcək”

İranın Ali dini rəhbəri Seydi Əli Xamenei ABŞ Prezidenti Donald Trampla bağlı paylaşım edib.

Missiya.Az xəbər verir ki, o bu barədə özünün “X” sosial media hesabında Trampın təsvir olunduğu karikatura yayımlayıb.

Xamenei paylaşımına “Bu da devriləcək” qeydini əlavə edib.

İranın Ali dini rəhbəri habelə, ötən həftə ölkəboyu etirazlar fonunda etdiyi çıxışdan sitat gətirərək Trampı tənqid edib və tarixdəki despot liderlərin aqibətini xatırladıb.

Xamenei qeyd edib ki, Firon, Nəmrud, Rza xan və Məhəmməd Rza kimi təkəbbürlü şəxslər məhz güclərinin zirvəsində süquta uğrayıblar.

Xamenei bu fikri Trampa ünvanlayaraq onun da eyni aqibətlə üzləşəcəyini iddia edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
9
missiya.az

1Mənbələr